“Paşinyan hakimiyyətini 3 il əvvəl aldığı şəkildə saxlamağa çalışır” – “Kommersant”

 

“Paşinyan hakimiyyətini 3 il əvvəl aldığı şəkildə saxlamağa çalışır”.

Bunu Rusiyanın “Kommersant” qəzeti yazıb.

Bildirilir ki, erməni müxalifəti baş nazir Nikol Paşinyan uduzduğuna əmindir.

Bundan sonra onun istefası qanuni olaraq rəsmiləşdirilməli, daha sonra həm hakimiyyətin fəaliyyəti, həm də hərəkətsizliyini araşdırılmalıdır: “Ancaq hökumət başçısı fərqli düşünür. Ən sevdiyi “küçə döyüşü” taktikasından istifadə edərək kreslosunu xilas etməyə çalışır. Əvvəllər, bu, ona hakimiyyəti ələ keçirməyə kömək edirdi, indi xalqın dəstəyini nümayiş etdirərək hakimiyyəti əlində saxlamağı ümid edir”.

Qəzet qeyd edir ki, 1 martda baş nazirin hələ də bu gücə sahib olub-olmadığı bəlli olacaq: “Populyarlığı Dağlıq Qarabağ uğrunda müharibədə məğlub olduqdan sonra yoxa çıxan Nikol Paşinyan “küçə”nin hakimiyyətdəki və siyasətdəki ömrünü uzadacağına ümid edir. Bu gediş isə yalnız baş nazirin müxaliflərinin küçədə ona təzyiq göstərə bilməməsi şəraitində işləyə bilər”.

Politoloq Qrant Mikaelyan hesab edir ki, Nikol Paşinyanın vəzifəsində qalma ehtimalı azdır: “O, sosial parçalanma yaratmağa və cəmiyyətin arxasında toplaya biləcəyi hissəsinə etibar etməyə çalışır. Vəziyyətdən qalib olaraq çıxmaq üçün diktatura – müxalifətə qarşı repressiya lazımdır. Ancaq ordu ona qarşı diktator ola bilməz. İndiki sual dialektikdir – ya həll yolunun bir hissəsisiniz, ya da problemin bir hissəsisiniz. Paşinyan problemin bir hissəsidir və onun istefası olmadan böhran həll edilə bilməz. Lakin Nikol Paşinyan getsə belə, siyasi qüvvəsi “hakimiyyətə yapışmağa davam edəcək”.

Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan danışıqlar prosesinin açıq şəkildə başladığına və növbədənkənar parlament seçkiləri üçün müxtəlif variantların müzakirə olunduğuna əmindir: “Siyasi problemi birtəhər həll edə bilərlər. Ancaq bir çox nüans və incəlik var – bu seçkiləri kim və necə təşkil edəcək?”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password