Baş nazirin prezidentə sonuncu xəbərdarlığı – İrəvan gecə döyüşünə doğru…

 

Prezident Armen Sarkisyan hökumətin Qasparyanın istefa fərmanını geri qaytarmasından sonra Paşinyan konstitusiyaya görə, fərmanı ikinci dəfə göndərdi. Prosedura görə, Sarkisyan ya sabah cavab verməli, ya da məsələ Konstitusiya Məhkəməsinə getməlidir: Nikol KM hakimlərinin Qasparyanın xeyrinə qərar çıxaracağını anladığı üçün məsələni prezident səviyyəsində həllinə çalışır:

– Bu gün saat 18:30-a mitinq təyin etdi;

– Prezidentin impiçmenti məsələsini gündəmə gətirdi (sonradan təkzib etsələr də);

– Səhər saatlarında prezident və baş qərargah rəisinin iştirakı olmadan Təhlükəsizlik Şurasının iclasın keçirdi: iclasda prezidentə fərmanı imzalamaq müraciətinin qəbul edildiyi deyilir;

Bu gün keçirilən mitinq Nikolun Qasparyan və müxalifətlə yanaşı, Armen Sarkisyana qarşı da güc nümayişidir: hökumətin prezidenti fərmanı imzalaması üçün müxtəlif yollarla sıxacağı gözlənilən idi;

Mitinqə saatlar qalmış Paşinyan Armen Sarkisyanın iqamətgahına yollandı: bu, baş nazirin prezidentə sonuncu xəbərdarlığı hesab oluna bilər;

Armen dilemma qarşısındadır: fərmanı imzalasa, ordu və müxalifəti qarısına alır, imzalamasa, hökumət onu “qiyama dəstək verən prezident” kimi impiçment edə bilər (Ermənistan prezidentini parlament seçir və parlamentdə çoxluq Nikolun partiyasındadır);

Armenin üç istiqamətdə hərəkət edir: ən yaxşı halda fərmanı KM-nə ötürmək, ən pis halda güclünün tərəfində yer almaq; Qasparyanı özünün istefa ərizəsini yazmasına inandırmaq;

İlk iki istiqamətdən birini seçmək çətindir: Nikol onu sıxır, hələki güclü tərəf müəyyənləşməyib. Bu baxımdan, o, üçüncü istiqamətdə hərəkət edərək, Qasparyanın istefa ərizəsini yazmasına çalışdı, hərçənd, nəticə əldə edə bilmədi.

Və günün ikinci yarısında Armen Sarkisyanın tədricən Nikolun qarşısında geri çəkildiyi müşahidə olunur: hökumət prezidentin impiçment məsələsini, o cümlədən, bugünkü aksiyanın prezidentə qarşı olduğunu təkzib etdi, ardınca Armen-Nikol görüşü ilə bağlı “hər şey yaxşıdır” tipli informasiya yaydı; mümkündür, Paşinyan mitinqdən öncə prezidentlə razılaşıb, Armen Sarkisyan da hökumətin güclü tərəf olduğunu hiss edir, xüsusilə, Paşinyanın “İsgəndər” tövbəsi, Kremlin tövbəni qəbul etməsi fonunda…

Saatlar sonda hökumət və müxalifət gücünü göstərəcək: müxalifət çadrlar qurub, lakin Nikolun da tərəfdarlarını Prezidentin fərmanı imzalamasına qədər küçələrdə saxlayacağı və zərurət olarsa, qarşıdurmaya qədər gedəcəyi də istisna deyil./konkret.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password