Azərbaycan Qarabağdakı abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasinda mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.
Niyyət Protokolu TİKA prezidenti Serkan Kayalar və Dövlət Xidmətinin rəisi Azad Cəfərli tərəfindən imzalanıb.
Protokol ilə iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq və qarşılıqlı tərcrübə mübadiləsinə töfhə verilməsi hədəflənir. Bu çərçivədə mütəxəssis mübadilə proqramları, texniki və peşə təlimləri, staj proqramları vasitəsi ilə bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.
Azərbaycan 2020-ci ilin payızında yaşanan və 44 gün davam edən Qarabağ Müharibəsi nəticəsində işğaldan azad olan, tarixi və mədəni irs ilə zəngin Qarabağ bölgəsində abidələrin bərpa və təmir işlərində Türkiyə təcrübəsindən yararlanacaq.
Əməkdaşlıq protokolu, TİKA tərəfindən başladılan Böyük Mərdəkan Qalası və Tuba Şah Məscidinin bərpası kimi mədəni irsin qorunması sahəsindəki layihələrin, işğaldan qurtarılan Qarabağ torpaqlarını da əhatə edərək daha geniş bir formada həyata keçirilməsinə şərait yaradacaq.
Tarixi ortaq mədəniyyət dəyərlərinə sahib qardaş ölkələr olan Türkiyə və Azərbaycan arasında hər sahədə olduğu kimi mədəni irsin qorunması sahəsində də mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur.