Türkiyə hərbi sənayesinin daha bir uğuru – Sınaq görüntüləri yayıldı + VİDEO

 

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib. Bu “Sungur” yaxın mənzilli zenit-raket kompleksidir. “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılan raket kompleksinin sınaqlarının tamamlandığı haqda Müdafiə Sənayesi Agentliyinin başqanı İsmayıl Demir özünün sosial şəbəkə hesabından elan edib. Və kompleksin videogörüntülərini paylaşıb.

Kompleks portativ özəllikləri sayəsində quru, hava və dəniz platformalarına inteqrasiya edilə biləcək.

“Sevindirici hadisənin xəbərini aldıq, birazdan sizlərlə də paylaşacağam, gözləyin”,-İsmayıl Demir yazıb. Və daha sonra kompleksin sınaqlarına dair görüntüləri yayıb.

Videogörüntülərə əsasən “Sungur” yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur. Kompleksi Türkiyənin və dünyanın aparıcı hərbi sənaye şirkətlərindən olan ROKETSAN hazırlayıb.

Bu komplekslər Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan və ABŞ istehsalı olan “Stinger” zenit-raket komplekslərini əvəz edəcək. Və Türkiyənin eşalonlaşdırılmış havadan müdafiə sisteminin ilk eşalonunda yer alacaq.

Kompleks qanadlı raketlərə, pilotsuz uçan aparatlara, alçaqdan uçan təyyarələrə və vertolyotlara qarşı yüksək effektivlik nümayiş etdirir. Və quru qoşunlarını həm hücumda, həm müdafiədə belə hava hədəflərinə qarşı qoruyur. Tezliklə “Sungur” komplekslərinin silahlanmaya daxl olacağı gözlənilir. Komplekslər ROKETSAN-ın PORSAV “yer-hava” raketləri ilə təchiz edilib. Bu raketlər 4 kilometrə qədər yüksəklikdə, 8 kilometrə qədər uzaqlıqda olan hədəfləri vura bilir.

Qeyd edək ki, “Sungur” yaxın mənzilli zenit-rakeet komplekslərinə gələcəkdə Azərbaycan da maraq göstərə bilər. 

Çünki bu komplekslər Azərbaycan ordusunun silahlanmasında yer alan “OSA” yaxın mənzilli zenit-raket komplekslərini (modernizə edilmiş ) gələcəkdə əvəz etmək üçün ideal vasitədir./virtualaz.org /

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password