Ermənistanın müxalifət lideri vətəndaş müharibəsi ehtimalından danışdı

Ermənistanın birləşmiş müxalifətinin lideri Vazgen Manukyan baş nazir Nikol Paşinyanla qarşıdurmaya görə ölkədə vətəndaş müharibəsi imkanını istisna edib.

Ermənistanın müxalifət lideri vətəndaş müharibəsi ehtimalından danışdı

Bu barədə xarici mətbuatda yayılan xəbərlərdə bildirilir.

“Ermənistanda vətəndaş müharibəsi ola bilməz. Nikol Paşinyanın tərəfdarları var, amma onlar xalqa qarşı çıxmayacaqlar”, – Manukyan jurnalistlərə deyib. O, ölkə polisinin Paşinyanın istefasını tələb edən orduya dəstək verəcəyi ilə bağlı ümidini ifadə edib.

Müxalifətçi həmçinin hesab edir ki, prezident yenidən Silahlı Qüvvələrin baş qərargah rəisinin istefaya göndərməkdən imtina edəcək və bu məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Silahlı Qüvvələrin baş qərargah rəisinin vəzifəsindən çıxarılması haqqında təklifi növbəti dəfə ölkə prezidenti Armen Sarqsyana göndərib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password