Eldar Əzizov köhnə kadrı Abid Əliyevə təzə, 77 min manata “Toyota” alır

 

Hələ 2019-cu ilin fevralında, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılanda qurumdan mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi. İcra Hakimiyyətindən onu da əlavə etmişdilər ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.

Yarandığı gündən sözügedən qurumun fəaliyyəti nədən ibarət olub? MMC tərəfindən paytaxtda həyata keçirilən əsaslı tikinti və təmir məsələləri sahəsində nə kimi strateji planlar hazırlanıb? Bu kimi işlərə ayrılmış dövlət vəsaitlərinin səmərəli istifadəsinin təmin olunmasına MMC necə nəzarət edib?

Aktualinfo.org-un apardığı araşdırmalara görə yaradılmasının artıq ikinci ili tamam olmuş “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi təsdiq olunduqduqdan cəmi üç ay  sonra, Bakı şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasına satıınalmalar yolu milyonlarla manat dövlət vəsaiti ayrılıb. Dövlət satınalmalarının rəsmi elektron portalında yerləşdirilmiş və bizim təxmini hesablamalarımıza görə Bakı şəhər İcra Hakimiyyəti sözügedən MMC vasitəsi ilə paytaxt ərazisində barmaqla sayılacaq qədər məktəblərin yenidən qurulmasına, bir neçə yaşayış binasında dam örtüklərinin dəyişdirilməsinə və layihələndəndirmə işlərinə  90 515 255 manat vəsait ayırıb.Qeyd etdiyimiz kimi bunlar bizim təxmini hesabladığımızdır və yüz milyon manatı keçmə ehtimalı var.

Eldar Əzizovun bir başçı olaraq sözügedən MMC-ni hansı məqsədlərlə yaratdığı barədə biz əvvəlki yazılarımızda qeyd etmişik. Onun bu MMC-ni Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında yaratmaqda məqsədi ayrılan dövlət vəsaitlərinin heç də səmərəli istifadəsinin təmin olunmasına nəzarət etməyə yox, buradan minimum dövlət vəsaitinin kənarlaşdırılması üçün olub. Qeyd edək ki MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu , İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə bilirsininzmi kimdir?  Əliyev Abit Sadiq oğlu.

Bu o Abit Əliyevdir ki, Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra karyerasında yüz səksən dərəcə dönüş yaranmışdı.Həmin dövrdə Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmiş Eldar Əzizov onunla yolunu hələ də davam etdirir. Eldar Əzizov sadıq kadrını özü ilə gətirib Gəncədə daşıdığı vəzifəni Sumqayıtda da ona həvalə etdi. Abit Əliyev isə Gəncədə olduğu kimi, Sumqayıtda da daşıdığı rəsmi vəzifədən əlavə, Eldar Əzizovun sağ əli rolunu kifayət qədər ustalıqla oynayıb. Sumqayıtda da şəhərin təmizlik işləri qalmışdı bir yana. Abit Əliyev Sumqayıtda da birbaşa tikinti işlərinə nəzarət edirdi. Eldar Əzizovun Sumqayıt dönəmində şəhərdə yağışdan sonra  göbələk kimi çoxalan bütün yeni hündürmərtəbəli bina tikənlər məhz Abit Əliyevin vasitəsi ilə şəhər merindən razılıq əldə ediblər. Bütün bunlar inkaredilməz fakrtlardır ki, Eldar Əzizovun icra başçısı olduğu bütün yerlərdə gördüyü işlər sonradan gələnlər tərəfindən yenidən qurulmağa başlanıb. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu.

İndi isə Eldar Əzizov köhnə kadrının konfort avtomobildə gəzməsi üçün 1 ədəd sedan tipli avtomobilin alınmasına nə az,nə də çox, düz  77 300 manat dövlət vəsaiti ayırıb. 26.02.2021-ci il tarixdə müsabiqə yolu ilə həyata keçirilən alqı-satqıda “TOYOTA GƏNCƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlanılıb. Tenderin əsas şərtlər toplusunda “Toyota” avtomobilinin hansı markası olması barədə açıq məlumat verilməyib. Maraqlı olardı bilək ki, Abid Əliyev Bakı şəhərində 77 min manata hansı marka “Toyota”da gəzəcək. Bir də əlavə bir sual yaranır. Müqavilə niyə məhz  “TOYOTA GƏNCƏ MƏRKƏZİ” MMC ilə bağlanılıb? Bəlkə sözügedən MMC-nin qanuni təmsilçisi Fikrət İsmayılovla vaxtı ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinin rəisi işləmiş Abid Əliyevi hansısa tellər bağlayır? Bəlkə Gəncə -Şəmkir yolunun sağ tərəfində yerləşən “TOYOTA GƏNCƏ MƏRKƏZİ”  yerini vaxtı ilə elə Abid Əliyev satıb?

Qeyd edək ki, Prezident İlham Əliyev son dövrlər dövlət vəsaitlərindən səmərəli istifadə olunmasının vacibliyini demək olar bütün çıxışlarında vurğulayır. Əsas işi Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olan qurum dövlət vəsaitindən səmərəli istifadə edərək 20 min manatlıq bir avtomobil alsa daha yaxşı olmazdımı? Amma görsənən odur ki, Eldar Əzizova dövlət vəsaitinə qənaət yox, Abid Əliyevin komfort avtomobildə gəzməsi sərf edir.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password