İlham Əliyevdən Ermənistandakı proseslərə münasibət
Ermənistanda baş verənlər bu ölkənin daxili işidir və mən buna münasibət bildirmək istəməzdim. Ümumiyyətlə, bizim siyasətimiz budur, başqa ölkənin daxili işlərinə müdaxilə etmirik.
Bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında bu yöndən verilən sualı cavablandırarkən deyib.
Buna baxmayaraq, Prezident bildirib ki, Ermənistandakı vəziyyət 10 noyabr bəyanatının icrasına təsir etməyəcək:
“Hesab edirəm ki, Ermənistandakı daxili vəziyyət 10 noyabr bəyanatının müddəalarının icrasına təsir etməyəcək. Əks halda, Ermənistan daha ağır vəziyyətə düşəcək”.