Dövlət başçısı əhalinin azad edilmiş ərazilərə qayıtmasından danışdı

 

“Soydaşlarımızın öz torpaqlarına qayıtması ilə bağlı mən də özüm-özümə hər gün eyni sualı verirəm. Mən də istəyirəm ki, qısa müddət ərzində biz buna nail olaq. Bunun üçün kompleks tədbirlər görülməlidir. İndi minatəmizləmə prosesi başa çatandan sonra paralel olaraq bu işləri başlayırıq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı xatırladıb ki, bu yaxınlarda ağıllı kənd layihəsinin gerçəkləşdirilmsinə başlanılıb:

“Zəngilanın 3 kəndində bu layihə həyata keçiriləcək. təlimat vermişdim ki, layihə ilin sonuna kimi başa çatsın. Orada təxminən 1000-ə yaxın insan yerləşdiriləcək. Bütün lazımi infrastruktur inşa ediləcək. Belə pilot layihələr çox ola bilər və bunun üzərində işlənilir.

Böyük şəhərlərə qayıdışa gəlincə, şəhərlərin baş planları tərtib edilməlidir. Misal olaraq, Ağdam şəhəri, müharibədən əvvəl orada 40 minə yaxın insan yaşayırdı və təbii ki, əhalinin sayı artıb. Biz bəlkə də 70 minlik şəhər planlaşdırmalıyıq, infrastruktur, binalar tikilməli, məktəblər, xəstəxanalar. Təbii ki, bu böyük vaxt tələb edir. vəsait də var, bütün gücləri də səfərbər etmişik. Hansısa tarix vermək istəməzdirm. Halbuki fikrimdə tarix var, amma vaxtından əvvəl insanları sevindirməyim, bəzilərini hətta həyəcanlandırmayım. İnanın ki, maksimum qısa müddət ərzində mərhələli şəkildə insanları o yerlərə qaytaracağıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password