Avropa Liqası: 1/8 finalın püşkü atıldı

 

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.

“Qarabağ”la A qrupunda mübarizə aparmış İspaniya “Vilyarreal”ı 1/8 finalda Ukraynanın “Dinamo” (Kiyev) klubuna rəqib olub. İngiltərənin “Mançester Yunayted” komandası isə İtaliya “Milan”ı ilə üz-üzə gələcək.

Avropa Liqası

1/8 final mərhələsinin cütlükləri

“Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə)

“Dinamo” Kiyev (Ukrayna) – “Vilyarreal” (İspaniya)

“Roma” (İtaliya) – “Şaxtyor” Donetsk (Ukrayna)

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə)

“Dinamo” Zaqreb (Xorvatiya) – “Tottenhem” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya)

“Slaviya” Praqa (Çexiya) – “Reyncers” (Şotlandiya)

“Qranada” (İspaniya) – “Molde” (Norveç)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55 və 24:00-da start götürəcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password