Ermənistanda hərbi qiyam? Ordu Nikolun istefasını tələb etdi

 

Ermənistan ordusunun Baş Qərargahı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Bu barədə  “Sputnik Armenia “məlumat yayıb.

Bəyanatı Baş Qərargahın rəisi Onik Qasparyan, onun bütün müavinləri, idarə rəisləri, o cümlədən iri hərbi birliklərin komandirləri imzalayıb.

Bəyanatda qeyd edilir ki, Baş Qərargah əsassız və hədəfi olmayan qərarlara, o cümlədən Baş Qərargah rəisinin müavininin işdən azad edilməsinə etiraz edir.

Hərbçilər bildirib ki, Tiran Xaçatryanın vəzifədən azad edilməsi milli və dövlət maraqlarına görə deyil, sırf şəxsi ambisiyalarla əlaqədardır.

“Bu qərar antidövlət və məsuliyyətsiz addımdır”, – bəyanatda bildirilib.

Bəyanat müəllifləri baş nazirin və hökumətin mövcud krizis vəziyyətində adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını elan edib:

“Silahlı Qüvvələr uzun müddət hazırkı hakimiyyətin orduya qarşı fəaliyyətinə dözümlü yanaşdı, ancaq hər şeyin həddi var. SQ öz borcunu ləyaqətlə yerinə yetirib, xalqla birgə düşmənlə üzbəüz vuruşub. Hazırkı hakimiyyətin effektsiz idarəetməsi və xarici siyasətdə uğursuzluğu ölkəni məhvə aparır”

Bəyanatı ordunun 40-dan çox yüksək çinli zabiti imzalayıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password