Bu, Putinin növbəti zəfəri olacaq
“Şimal axını-2” təbii qaz boru xətti layihəsinin tamamlanması Rusiya Prezidenti Vladimir Putinin yeni zəfəri olacaq”.
Bunu ABŞ-ın “The National Interest” hərbi-analitik dərgisi yazıb.
Məqalə yazarları layihənin ABŞ-la Avropa arasındakı münasibətlərə uzunmüddətli zərər verəcəyini bildirib: “Rusiya hazırda Avropa təbii qaz bazarının 40 faizə qədərinə nəzarət edir və layihənin tamamlanması ilə payını daha da artıracaq”.
Rusiya tərəfinin enerji mənbələrini siyasi silah olaraq gördüyünü irəli sürən yazarlar Moskva ilə əməkdaşlıq edən bəzi Avropa ölkələrinin “Qərb ittifaqına qatılma” hədəf və arzularından imtina etmək məcburiyyətində qalacaqlarına vurğu qoyublar. “Şimal axını-2”nin Aİ-nin enerji müxtəlifliyi və təhlükəsizliyi üçün aşılmaz əngəl olduğu iddia edilib.
“Şimal axını-2” layihəsinin, ümumilikdə, 55 milyard kubmetr olan 2 təbii qaz boru xəttinin Rusiyadan Almaniyaya Baltik dənizinin altından döşənməsi proqnozlaşdırılır.
Avropa ölkələrinə öz mayeləşdirilmiş təbii qaz ixracını reallaşdırmaq istəyən ABŞ-la yanaşı, Ukrayna, Polşa və Baltik ölkələri layihəyə etiraz edir.