Çempionlar Liqası: “Bavariya”nın futbolçuları yeni rekordlara imza atdı

 

Almaniyanın “Bavariya” klubunun futbolçusu Camal Musiala Çempionlar Liqasında yeni rekorda imza atıb.

“Opta Sport”un yaydığı məlumata görə yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində qol vuran ən gənc ingilis oyunçu olub.

O, İtaliyada 1/8 finalın “Latsio”ya qarşı ilk matçının 23-cü dəqiqəsində fərqlənib. Musiala 17 yaş 363-cü günündə rəqibi məyus etməyi bacarıb.

Çempionlar Liqası: Bavariyanın futbolçuları yeni rekordlara imza atdı

“Latsio” ilə görüş Münhen təmsilçisinin daha bir üzvü Coşua Kimmix üçün də əlamətdar olub. O, 50 Çempionlar Liqası görüşündə iştirak edib və bunların 38-də meydanı qələbə ilə tərk edib. Bu isə klub tarixində mütləq rekorddur.

“Latsio” ilə oyununda fərqlənən Almaniya “Bavariya”sının futbolçusu Robert Levandovski turnirdə 72-ci qolunu vurub.

Bu göstərici ilə polşalı hücumçu ÇL tarixinin ən sərrast oyunçularının siyahısında 3-cü pilləyə yüksəlib.

33 yaşlı forvard İspaniya “Real”ının əfsanəvi futbolçusu Raul Qonsalesi geridə qoyub. İspaniyalı veteran hücumçu Çempionlar Liqasında 71 dəfə qol sevinci yaşayıb.

Qeyd edək ki, qarşılaşma “Bavariya”nın 4:1 hesablı qələbəsi ilə bitib.

Daha əvvəl Almaniya mətbuatı Camal Musialanın İngiltərə yığmasından imtina edərək Almaniyə millisini seçdiyini yazıb.

Ştutqartda anadan olmuş Musiala daha sonra anası ilə birlikdə İngiltərəyə köçüb və “Çelsi”nin akademiyasına yazılıb. Futbolçu İngiltərənin aşağı yaşlardan ibarət milli komandalarında çıxış edib. “Bavariya”nın gənc oyunçu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password