Hulusi Akar: PKK o qədər özündən əmin idi ki…

 

Qara bölgəsini bir mağara və təpədən ibarət olduğunu hesab edənlər təəssüf ki, cəmiyyəti aldatmaqla məşğuldurlar.

Bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar yerli mediaya müsahibəsində deyib.

“İç-içə mağaralarla dolu olan Qara bölgəsində – 75 km uzunluğu, 25 km eni olan ərazidə əməliyyat keçirildi. Ərazi mürəkkəb coğrafi relyefə malik olduğundan, aviazərbələrlə zərərsizləşdirilən terrorçuların sayı sonradan müəyyən edilir. Bu baxımdan Qarada məhv edilən terrorçuların 53 deyil, ən azı bundan iki dəfə çox olması həqiqəti ortaya çıxır. Bu məsələ də digərləri kimi yaxın zamanda aydın olacaq. Çünki biz bilirik ki, terrorçular ölülərini mağaraların daha dərin yerlərində basdırırlar. PKK o bölgədə (Qara bölgəsi) özündən çox əmin davranırdı. Son əməliyyatla böyük şok yaşadılar. Artıq Qaranın özləri üçün etibarlı yer olmadığını anladılar”, – deyə nazir bildirib.

Akar əlavə edib ki, Qara aviaəməliyyatları qurudan hər hansı dəstək olmadan həyata keçirilib.

Nazirin sözlərinə görə, Qaradakı əməliyyat Qəndildəki PKK rəhbərlərini də təşvişə salıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password