İtaliyanın Konqodakı səfiri öldürülüb
İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanasio silahlı hücumun qurbanı olub.
Hadisə BMT-nin avtomobil karvanına hücum nəticəsində olub.
Kanyamahoro şəhəri yaxınlığında baş verən hadisənin 3 qurbanı var. Onlardan biri italiyalı səfirdir.
Məlumata görə, hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.
İtaliya Xarici İşlər Nazirliyi faktı təsdiqləyib.
RİA Novosti İtaliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, BMT-nin Ümumdünya Qida Proqramı korteci (MONUSCO) Ruanda ilə sərhəd yaxınlığında – Şimali Kivu əyalətinin Qoma şəhərində pusquya düşüb.
Yerli “Aktualite” portalının məlumatına görə, 31 oktyabr 2019-cu ildən bu yana İtaliyanın ölkədəki səfiri Luka Attanasio silahlıların əsas hədəfi olub.