Ermənistanda Paşinyanın öldürülməsi xəbəri yayılıb
Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdə cəhd edilməsi haqqında məlumat yayılıb.
Bu haqda məlumatı sosial media fəalı Anna Baqdasaryan yazıb.
O bildirib ki, bu gün səhər saat 10:45-də Nikol Paşinyanın hərəkətdə olan kortecinə silahlı hücüm olub:
“Baş nazir Nikol Paşinyanın avtomobil kortecinə 3 nəfər əli silahlı şəxs hücum edib. Yaxınlıqda 20 dəqiqəyə yaxın atışma səsləri eşidilib. Baş Nazirin xəsarət alması haqqında xəbərlər gəzir. Yəqin hökumət rəsmiləri açıqlama verər”.
Qeyd edək ki, bu gün İrəvanda Nikol Paşinyan hökumətinə qarşı ümumxalq itaətsizlik nümayiş keçirilib. Bu xəbərlərin yayılması isə İrəvanda vəziyyətin nəzarətdən çıxması anlamına gəlir.