Hərbi ekspert Korotçenko: “Bir tərəfdən Azərbaycana görə sevindim…”

 

“Bir tərəfdən Azərbaycana görə sevindim, çünki 30 illik işğalın dəhşətlərinə, nəhayət ki, son qoyulub, torpaqlar azad edilib. Digər tərəfdən, bütövlüklə dağılıb yerlə yeksan olunmuş şəhər və kəndləri görmüşəm. O cümlədən Füzuli və Ağdamda olmuşam, bu şəhərlər yer üzündən silinib”.

Bu fikirləri hərbi ekspert İqor Korotçenko bu yaxınlarda Qarabağa səfəri ilə bağlı danışarkən deyib.

Картинки по запросу "İqor Korotçenko"

Onun sözlərinə görə, Qarabağda gördüyü şəhərlər sanki nüvə bombardmanına tutulması təəssüratı bağışlayırdı: “Bu, Azərbaycana qarşı nifrət bombasıdır. İndi Qarabağda çox böyük bərpa və quruculuq işləri görülməlidir. Bunun üçün uzun illər və külli miqdarda vəsait lazım gələcək”.

Ekspertin fikrincə, hazırda Ermənistanda səsləndirilən qisas çağırışları gerçəklikdən çox uzaqdır: “Azərbaycan Ermənistanın hərbi dişlərini məhv etdiyinə görə hər hansı qisas mümkün deyil. Ermənistan ordusu darmadağın edilib. Onlar Azərbaycana hücum etmək istəsələr, beynəlxalq hüquqa görə hərbi təcavüz törətmiş olacaq və bu da onlara çox baha başa gələcək. Həm də belə olan halda, KTMT və Rusiyanın Ermənistana yardım etmək üçün heç bir əsas olmayacaq”.

Rusiyalı ekspert həmçinin bu günlərdə Ermənistanda Şuşa muzeyindən qəsb edərək apardıqları Azərbaycan xalçalarının sərgisini keçirməsini də qınayıb: “Azərbaycanın milli sərvəti olan həmin xalçalar Şuşa şəhərindən aparılıb. Mənim fikrimcə, bu, dövlət səviyyəsində qarətçilikdir və beynəlxalq birlik tərəfindən birmənalı şəkildə pislənməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password