Həftənin ilk günü gecikən maaşlar ödəniləcək – Maliyyə Nazirliyi açıqladı

 

Yanvar ayından etibarən Tovuz, Şəmkir və s. Qərb rayonlarının bəzi büdcə təşkilatlarında çalışanlara əməkhaqqı ödənilməyib.

Məlumata görə, gecikmənin səbəbi barədə hər hansı informasiya verilməyib. Nəticədə icra strukturlarında, uşaq bağçalarında, mədəniyyət qurumlarında və s. təşkilatlarda az maaşla işləynlər çətin vəziyyətə düşüblər.

”Artıq ikinci aydır maaş ala bilmirik. Əvvəllər hər ayın 24-25-də əməkhaqlarımız ödənilirdi. Keçən ay dedilər ki, fevralın əvvəlində ödəniləcək, amma bu gün ayın 18-dir, hələ heç bir xəbər yoxdur,”-deyə adının çəkilməsini istəməyən icra nümayəndəliyinin işçisi “AzPolitika.info”-ya bildirib.

Maliyyə Nazirliyindən “AzPolitika.info”-nun informasiya sorğusuna verilən cavabda bildirilib ki, xəzinədarlıq orqanları tərəfindən adıçəkilən rayonlar üzrə uşaq bağçalarında və icra struktutlarında çalışan işçilərin əmək haqlarının maliyyələşməsi aparılır.

“Vəsaitlərin ödənilməsi icra strukturlarından daxil olan ödəniş tapşırıqlarına əsasən həyata keçirilir. Daxil olan ödəniş sənədləri üzrə ödəmələr tam şəkildə aparılıb. Lakin icra strukturları tərəfindən bəzi dəqiqləşdirilmələr aparıldığından Tovuz rayonu üzrə 3, Şəmkir rayonu üzrə isə 4 baxçanın ödəniş tapşırıqları hələlik verilməyib. Bu işlərin həftənin ilk iş günündə tamamlanaraq maliyyələşmənin aparılması üçün müvafiq sənədlərin təqdim olunacağına icra strukturları tərəfindən söz verilib,”-deyə açıqlamada qeyd olunub./azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password