Qarabağdan 45 silahı qanunsuz olaraq aparan “polis rəisi” həbs edilib
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Qarabağ bölgəsində döyüşlər gedən zaman qanunsuz silah əldə edilməsi, saxlanılması və ticarəti ilə bağlı növbəti hadisə aşkarlayıb.
Məlumatı “Novosti Armeniya” yayıb.
Bildirilib ki, bu dəfə əməliyyatçıların diqqət mərkəzində Laçın rayonu işğal altında olan zaman “polis bölməsi” “rəisinin müavini” “işləmiş A.B. adlı şəxs olub.
İqtintaqın gedişində müəyyən edilib ki, A.B. Azərbaycanın Cəbrayıl rayonunda döyüşlər zamanı Ermənistan ordusu sıralarında döyüşüb. O, qanunsuz olaraq 45 avtomat Kalaşnikov, güllə ilə dolu 8 tapança darağı, ov tüfəngi, yüzlərlə güllə, qumbara əldə edib. O, bu silah arsenalını Ermənistanın Sünik vilayətinin Tex kəndinə daşıyıb. Orada tanışı S.Q.-nin evində gizlədib.
A.B. silahların bir hissəsinin satmağı, bir hissəsinin isə etibarlı şəxslərə polis təhvil vermək üçün paylaşıb. O, bununla da “rəhbərlik” qarşısında özünü “zəhmətkeş” kimi göstərməyə çalışıb.
Bildirilib ki, A.B. “Kalaşnikov” avtomatın ikisini tanışlarına satıb. Tanışı isə silahların birini 500-600 dollara satmaq niyyətində imiş. O, istintaq materiallarına əsasən, Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə həbs edilib.