“Nə qədər ki, Rusiya Qarabağdadır, bir o qədər də müharibə ehtimalı qalır”

 

Rusiya Azərbaycanda və Ermənistanda iç savaşlarını qızışdırmaqla Qarabağda etdiklərindən həm bizimhəm də ermənilərin diqqətini yayındırır.

Belə bir açıqlama ilə iqtisadçı-alim Qubad İbadoğlu çıxış edib. Qubad İbadoğlunun fikrincə, Rusiya Ermənistandakı hakimiyyəti kənardan olan müxalifətlə, Azərbaycanda isə daxildəki qruplaşmalarla mübarizəyə sövq etməyə və hər iki tərəfi nəzarətdə saxlamağa çalışır: “Bununla da Rusiya həm Ermənistanda kənardan olan özünə bağlı müxalifəti, həm də Azərbaycanda daxildə özünə bağlı qrup və klanları asılı vəziyyətə salır”.

Картинки по запросу "Qubad İbadoğlu"İqtisadçı hesab edir ki, Rusiya paralel olaraq Qarabağda uzunmüddətli dövrdə təsir və nəzarət üçün sistemli fəaliyyət həyata keçirir: “Rusiya hərbi gücləri Qarabağda məskən salmağa, rus dilini dövlət dili etməklə Qarabağ ermənilərinin Kremlə inteqrasiyasını gücləndirməyə çalışır. Bununla da onları özündən asılı vəziyyətə salmağa səy göstərir”.

Qubad İbadoğlunun sözlərinə görə, əslində nə qədər ki, Rusiya Qarabağdadır, bir o qədər də müharibə ehtimalı qalır: “Odur ki, diqqətli olmalı, Qarabağda baş verənlərə ictimaiyyətin əvvəlki marağını bərpa etməliyik. Hər gün və hər an Qarabağda baş verənlərdən yazmalı, danışmalıyıq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password