Birgə Monitorinq Mərkəzi öz vəzifəsini uğurla icra edir – Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, prezidentlər Türkiyə-Rusiya münasibətlərinin müxtəlif aspektlərini müzakirə ediblər.

R.T.Ərdoğan 11 yanvar razılaşmalarına əsasən, nəzərdə tutulan nəqliyyat yollarının yaradılması üçün rusiyalı və türkiyəli mütəxəssislərin azərbaycanlı həmkarları ilə görüşə biləcəyini bildirib.

Bundan başqa, Türkiyə prezidenti Ağdamda fəaliyyət göstərən Birgə Monitorinq Mərkəzinin öz vəzifəsini uğurla icra etdiyini vurğulayıb.

R.T.Ərdoğan atəşkəsin qorunması üçün birgə səylərin davam etdirilməsinin zəruri olduğunu deyib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password