Çempionlar Liqası: PSJ “Barselona”nı, “Liverpul” “Leypsiq”i məğlub edib

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

İlk oyun günündə iki qarşılaşma keçirilib. Həftənin ən maraqla gözlənilən oyunu İspaniyada gerçəkləşib. “Barselona” “Nou Kamp”da Fransa çempionu PSJ-ni qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 4:1.

Hərçənd, hesabı meydan sahibləri açıb. Lionel Messi 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək, ardıcıl 17-ci təqvim ilində Avropanın ən nüfuzlu klub turnirində fərqlənməyi bacarıb.

Lakin “Barselona”nın sevinci uzun sürməyib. 32-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Fransalı hücumçu 65-ci dəqiqədə PSJ-ni önə çıxarıb. 70-ci dəqiqədə Moyze Kin PSJ-nin üçüncü qolunu vurub. 85-ci dəqiqədə isə Mbappe het-trik edərək, oyunda son nöqtəni qoyub.

Gecənin digər qarşılaşmasında İngiltərə “Liverpul”u Almaniya “Leyptsiq”inin qonağı olub. Koronavirus səbəbindən matç Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. Bu görüşdə də nominal qonaq komanda qələbə qazanıb – 2:0. 53-cü dəqiqədə Məhəmməd Salah, 58-ci dəqiqədə isə Sadio Mane fərqlənib. Çempionlar Liqası 1/8 final mərhələsi, ilk oyunlar 16 fevral 24:00. “Leyptsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) – 0:2 Qol: Məhəmməd Salah, 53. Sadio Mane, 58

Qeyd edək ki, 1/8 finalın növbəti iki oyunu fevralın 17-də keçiriləcək. “Porto” “Yuventus”u, “Sevilya” Dortmund “Borussiya”sını qəbul edəcək.

Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar

16 fevral 
00:00. “Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) – 0:2
Salah, 53, Mane, 58
00:00. “Barselona” (İspaniya) – PSJ (Fransa) – 1:4
Messi, 28 (pen.) – Mbappe, 32, 65, 85, Kin, 70

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password