Türkiyə terror dəhlizini məhv etdi, ancaq… – Ağar
Türkiyə ordusu cənub sərhədlərində terror dəhlizinin yaradılmasının qarşısını aldı. Bunu bacardıq, ancaq daha içəridə terror dövlətini əngəlləyə bildikmi?
Bunu türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar ölkə mətbuatına açıqlamasında deyib.
“Burada 130 min nəfərlik bir quruluş mövcuddur. Bunlardan 10 mini PKK-nın “dağ kadrları”ndan ibarətdir. ABŞ iddia edir ki, bu terrorçulardan İŞİD-ə qarşı istifadə edir. Suriyada həm ABŞ, həm Rusiya Türkiyə ilə əldə olunan razılaşmaya riayət etmir. Hər ikisi də PKK-YPG-ni qoruyur”, – Ağar bildirib.
Ekspert qeyd edib ki, terror dəhlizinin tamamilə məhv ediləcəyi yer Sincar dağıdır:
“Əgər bunu bacarsaq həqiqətən də terror dəhlizi tamamilə məhv edilmiş sayılacaq”.