Göydəki 1 milyard manatımızın xeyiri və erməniyə zərbəsi…

 

Azərbaycanın üç peyki var. İlk peykin orbitə qaldırılmasından 7 ildən çox zaman keçib. Peyklərin ikisi telekommunikasiya, biri isə müşahidə funksiyasını həyata keçirir. Üç peykin hazırlanması və orbitə qaldırılmasına təxminən 1 milyard manat sərf olunub. Yəni hazırda, belə demək mümkünsə, göydə 1 milyard manat pulumuz var.

Bunları aşıqlamasında Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib.

“İlk telekommunikasiya peykimiz “Azərspeys-1”-in (Azerspace-1) ömrünün yarısı gedib, onun orbitə qaldırılmasından 7.5 il ötüb. “Azərspeys-1” peyki 2013-cü il fevralın 9-da kosmosa göndərilib. Peykin ömrünün 15 il olacağı nəzərə tutulurdu.

“Azərspeys-1” layihəsinin ümumi dəyəri 233 milyon dollar təşkil edib. Bu vəsaitin yalnız 15%-i büdcədən ödənilib.

“Azərkosmos” ötən gün rəsmi olaraq bildirib ki, yarı ömrü gedən “Azərspeys-1”-ə yatırılan sərmayələrin 55%-i artıq geri qaytarılıb. Bu nəticəni indiki anda uğurlu hesab etmək olar.

Qurum “Azərspeys-1”-in ömrünün 12-ci ilindən etibarən investisiyaları tam ödəyəcəyini və gəlirlə işləyəcəyini açıqlayıb. “Azərkosmos” əvvəllər bu peykin bütün istismarı müddətində 500-600 milyon dollar qazanacağı haqqında açıqlamalar verib.

Hazırda əldə olunan nəticələr peykin gəlirli olacağını düşünməyə əsaslar versə də, qurumun proqnozlaşdırdığı mənfəət elə də real görsənmir.

“Azərspeys-2” peyki isə 2018-ci ilin sentyabr ayında orbitə qaldırılıb. Layihəyə təxminən 191 milyon dollar xərclənib. Ömrünün 15 ildən çox olacağı nəzərdə tutulub.

Son iki ildə bu peykdən 40 mln. dollar gəlir əldə olunub. “Azərkosmos” bu peykin bütün ömrü müddətində 450 milyon dollar qazanacağı haqqında açıqlamalar verib.

2014-cü ildə “Azərkosmos” və Fransanın “Airbus Defence and Space” şirkətləri arasında “Azərskay” peykinin “Azərkosmos”un mülkiyyətinə verilməsi haqqında müqavilə imzalanıb. Layihənin dəyəri 157 milyon avro olub. Peyk 2014-cü ilin iyun ayında orbitə buraxılıb və 12 il orbitdə qalacaq.

Yeri gəlmişkən, Prezident “Azərskay” peykinin imkanlarından Vətən müharibəsi zamanı xeyli effektiv istifadə edildiyini bildirmişdi.

“Azərkosmos”un proqnozlarına əsasən, 12 il ərzində “Azərskay” peykinin istismarından təmiz gəlir 220 mln. dollar olacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password