Azad olunan torpaqlar üçün layihə: “Ağıllı kənd” nə deməkdir? – Ekspert

“İşğaldan azad olunan torpaqlarda ciddi düşünülmüş bir konsepsiyanın həyata keçirilməsi üçün imkanlar var”.
Bunu açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Qarabağda həyata keçiriləcək “Ağıllı kənd” layihəsindən danışarkən deyib. Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün ümumi bir konsepsiya qurulmalıdır:
 
“”Ağıllı kənd” layihəsinin konsepsiyası ondan ibarətdir ki, yaşayış massivlərində yaşayış üçün saxlanılan alt yapı bir-birini tamamlayır. Birincisi, alternativ enerjidən istifadə olunur. İkincisi, bütün xidmətlər onlayın qaydada keçirilir. Bunun üçün çox güclü internet xətləri lazımdır ki, bunlar bir-birini tamamlasın. Üçüncüsü, kənd təsərrüfatnda artıq əl əməyindən yox, daha çox yeni texnologiyalardan istifadə olunmalıdır. Məsələn, indi kənd təsərrüfatında dərmanlama dronlarla həyata keçirilir. İnsansız kompüterdən idarə edilən traktor və kombaynlardan istifadə olunur. Və bunlar bir mərkəzdən idarə olunur. Məsələn, bir kənddə 100 nəfər fermer var, onların hərəsinin ayrı-ayrı traktor almasına ehtiyac qalmır. Bir mərkəzdən idarə olunur. Bir- birinə dəstək göstəriləcək şəkildə həyata keçirilir. Bu kommunalardır. Məsələn, bu, İsraildə ən çox yayılmış idarəetmə formalarından biridir və çox böyük effekt verir. Və İsrailin təbii şəraitinin pis olmasına baxmayaraq, kənd təsərrüfatındakı məhsuldarlıq dünyada ən yüksək səviyyələrdən biridir. Çünki ağıllı texnologiyalardan istifadə edirlər. Suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış və bir məkrəzdən idarə olunan və bütün icma üzvlərinin birgə idarə etdiyi bir sistemdir. Bunu həyata keçirmək üçün alt yapıya ehtiyac olacaq. Elektrik və internet kəsintisiz olmalıdır, icmanın idarə olunmasında bələdiyyələrin gücü və səlahiyyəti artırılmalıdır”.
Natiq Cəfərli bildirib ki, bu layihənin həyata keçirilməsində ən başlıca məsələlərdən biri də münasibətin dəyişməsidir:
“Bu, çox vacibdir. Bizdə kənd təsərrüfatı daha çox əl əməyinə əsaslanır və işçi qüvvəsi, yəni, iş yerlərinin yaradılması mərkəzi kimi baxırlar. Amma bu doğru yanaşma deyil”./qaynarinfo

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password