130 ölkə vaksinin heç bir dozasını da ala bilmir – Harmancı

 

Təəssüf ki, peyvəndlərin dünyada paylanması ilə bağlı bərabərsizlik artır. Vaksinləri tətbiq edən ölkələrin 90 faizi zəngin ölkələrdir. Hazırda 3,5 milyon doza 10 ölkəyə paylanılıb. 2,5 milyard əhalisi olan 130 ölkə isə vaksinin heç bir dozasını əldə edə bilmir.

Картинки по запросу "Hande Harmancı"

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda keçirilən beynəlxalq vebinarda deyib.

Onun sözlərinə görə, həmin bərabərsizliyi aradan qaldırmaq üçün birgə işləmək, yeni texnologiyalar, diaqnostika mərkəzləri yaratmaq lazımdır.

H.Harmancı Ümumdünya Səhiyyə Təşkilatının COVAX platformasının sırf bərabərsizliyi aradan qaldırmaq üçün yaradılan təşəbbüs olduğunu diqqətə çatdırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password