Zahid Oruc: “Qarabağ məsələsi həll olunduğundan, son silaha – məmur məsələsinə əl atıblar”

 

“Prezidentin bir neçə yüksək səviyyəli dövlət məmurunun ünvanına tənqid söyləməsi çox mübahisələrə səbəb oldu. Ancaq son illərdə üç nazir və yeddi icra hakimiyyəti başçısının cəzalandırılması, 2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin ləğvi, iqtisadi, sosial və nəqliyyat sahələrində, eləcə də 2019-cu ildə hər üç hakimiyyət qolunda baş verən dəyişikliklər dövlət başçısının kadrlara qarşı tələbkar münasibətini açıq-aşkar nümayiş etdirir”.

Bu sözləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, indi Şuşa və bütün Qarabağ hər bir hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib: “Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək, “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir”.

Deputat külli miqdarda dövlət vəsaitini mənimsəyənlərin törətdiyi əməllərə görə cavab verəcəklərini vurğulayıb: “Kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə görə cavab verəcək. Lakin yüksək çinli məmurları tənqid edərkən on illər ərzində əldə olunan bütün uğurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir. Üç-beş nazir dövlət demək deyil. Dünyada belə analogiya yoxdur. Bir nazirə görə minlərlə dövlət qulluqçusunu oğru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğundan, son silaha – məmur məsələsinə əl atıblar”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password