Oğuz, Qəbələ meşələrini kim daha yaxşı mühafizə edir? – ETSN, yoxsa yerli sakinlər
Dünən Baş Prokurorluq Qəbələ rayonu ərazisində qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparıldığı barədə məlumat yaydı.
Məlumatda bildirilir ki,aparılmış araşdırmalarla Qəbələ rayon icra hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edilərək qanunsuz oduncaq tədarükü həyata keçirilməsi barədə göstərişi, həmçinin Qəbələ rayonu, Çuxur Qəbələ bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsinin ağır nəticələrə, yəni Qəbələ rayonu, Çuxur Qəbələ bələdiyyəsinin mülkiyyətinə aid olan “Yeddi çinar” adlanan ərazidə 247 ədəd qızılağac, 101 ədəd yalanqoz, 09 ədəd ağcaqayın, 75 ədəd vələs, 03 ədəd palıd və 06 ədəd göyrüc ağaclarının, cəmi 441 ədəd yaş kök üstə, bioloji inkişafda olan ağacların qanunsuz kəsilməsinə, bununla da fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə 127 min 310 manat məbləğində mühüm zərərin vurulmasına əsaslı şübhələr müəyyən edilib, CM-nin müvafiq maddələri ilə cinayət işi başlanmış və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.
Aktualinfo.org xatırladır ki,Baş prokurorluğun yaydığı inkaredilməz bu məlumat Qəbələnin yalnız bir kəndində baş verənlərdir. Görəsən rayonun gözdən uzaq digər kəndlərində bunun kimi nə qədər ağaclar kəsilir,cinayətlər törədilir. Baş prokurorluğun yaydığı bu məlumatdan hələ xeyli əvvəl Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin keçmiş direktorunun həbsi daha böyük rezonansa,səs-küyə səbəb olmuşdu.Amma ondan sonra da mərkəzin nəzarətində olan meşə massivlərində ağacların kütləvi şəkildə kəsilməsi davam edirdi. Bu gün də davam etdirilir.Burada ağacların kütləvi kəsintisindən başqa, dövlət vəsaitləri də talan edilir.
Bununla bağlı Oğuz rayonundan olan,adının hallanmasını istəməyən yük avtomobili sürücüləri tərəfindən verilən ilginc məlumatlarda deyilir. Sürücülər bildirmişlər ki, 2020-ci ilin yayında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində onlarla və digər tabe rayonlardakı sürücülərlə guya təbii qazla təchiz edilməyən kəndlərdə yerləşən, rayonun daxilindəki dövlət müəssisələrinə meşələrdən oduncaqlar daşınması üçün hər ay 2500-3000 manat maaş verilməklə 3 aylıq formal əmək müqaviləsi bağlanılmışdır. Hər aya onların avtomobilinin 3000 manat dəyərində yanacaqla təmin olunmaları üçün sənədlərə də imzalar atmışlar.Doğrudur, Oğuz rayonundan olan formal sürcülüərin adına köçürülən 1-ci ayın pulunu mərkəz müdirinə vermədən özləri alıb. Lakin sürücülərin sözlərinə görə sonrakı ayları isə özümzə 1 qəpik saxlamadan qaytarıblar. Kimə? Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri hər rayon üzrə onlar kimi saxta müqavilə bağlanmış digər 5-6 sürücünü də Qəbələ şəhərindəki bankomatlara dəvət edərək hesaba köçürülən pulların onlara verilməsini tələb ediblər. Beləliklə, Qəbələ Regional Meşə Təsərrüfatının tabeçiliyində olan hər rayon üzrə təxminən 120 000 manat pul mərkəz rəisi və əməkdaşları tərəfindən mənimsənilmişdir.
Buna etiraz etdiklərinə görə də mərkəz müdirinin göstərişi əsasında sürücülərin Oğuz meşlərindən qırılan odun materiallarının daşınmasına qəti qadağa qoyulmuşdur. Yəni,onların avtomobillərini meşəyə buraxmamaqla qisas çıxırlar .
Digər acınacaqlı fakt üzrə məlumat verən Qəbələ rayonun, Abrıx kənd sakinləri bildirirlər ki, ETSN Qəbələ Regional Meşə Təsərrüfttı müdiri olan Alim Əlizadə vaxtilə ETSN Yaşıllaşdırma İdarəsində birlikdə işlədiyi dostu olan Yaqubun oğlu Akiflə ( ETSN Qəbələ “Şahdağ Milli Park”ının direktoru olmuş, hazırda 6 saylı Regional Ekologiya İdarəsinin rəisidir) gizli sövdələşərək 2020-ci ildə Abrıx kəndi yaxınlığındakı Şahdağ Milli Parkı ilə meşə ərazisinin sərhəd zonasını 20 000 manat müqabilində bir işbaza satmışlar. Həmin işbaz da ağır sepli tarktorla Milli Parkın ərazisinə yol açıb heç vaxt ağac kəsintisi olmayan bu zonadakı qiymətli ağacları kəsdirib hər yük avtomobili üçün 500 manat pul qazanmaq istəmişdir. Kəndin cavan sakinləri buna etiraz olaraq aksiya keçirmiş traktorun yolunu bağlamış və Regional Meşə Təsərrüfatının onlara mane olmaq istəyən işçisini də itələyib yıxmışlar. Yerli əhali traktora işi dayandırmağa və rədd olub getməsini tələb etmişlər. Traktor məcbur olub qanunsuz daxil olduğu parkın ərazisini tərk etmişdir. Bundan əsəbləşən ETSN rəsmisi Alim Əlizadə onun işçisinə fiziki müqavimət göstərdiyinə görə etiraz edən Abrıx kənd sakininə qarşı Qəbələ rayon Prokurorluğuna şikayət ərizəsi yazmışdır. Hazırda prokuroluqda iş araşdılır. Lakin baş vermiş əsas cinayət isə,traktorla park ərazisinə daxil olaraq meşə ağaclarının kəsilib satılması üçün avtomobil yolu açan iş adamına və onunla gizli sövdələşmə aparan ETSN səlahiyyətlisi A.Əlizadəylə bağlı baş vermiş cinayət əməlinə hüquqi qiymət verilməsi isə hələlik arxa plana atılmışdır.

Hesab edirik ki, nazir Muxtar Babayev tərəfindən nazirliyin Meşə Təsərrüfatı Depertamentinə SOCAR –dan gətirilərək doldurulmuş rəsmi şəxslərinə arxalanaraq Qəbələ rayon Şahdağ Milli Park ərazisindəki qiymətli meşə ağaclarının satılması üçün işbazlarla gizli müqavilə bağlamış Mərkəz müdiri Alim Əlizadənin törətdiyi korrupsiya əməllərinə tezliklə hüquqi qiymət verilməlidir. Doğrudur, rayonda “Şahdağ Milli Parkı” ilə bağlı böyük səs-küyə səbəb olmuş hadisədən dərhal sonra parkın derektoru olmuş Yaqubun oğlu Akif ETSN-dəki himayədarlarının köməkliyi sayəsində aradan çıxarılmışdır. Lakin törətdiyi “qəhrəmanlığa” görə ETSN 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə müdir vəzifəsinə təyin edilmişdir.
Xatırladaq ki, Oğuz rayon, Tayıflı kəndi yaxınlığında ETSN layihəsi və 100 000 manat vəsiti əsasında salınmış qoz bağının dağılması barədə məlumat vermişdik.Baş prokurorluq bunu nuyə araşdırmır və yaxud da ETSN həyata keçirdiyi layihənin dağıdılmasının araşdırılmasında niyə maraqlı deyil. Niyə 2020-ci ilin payızında Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin göstərişi əsasında qanunsuz olaraq şumlanaraq məhv edilmiş və bu ərazi əsassız olaraq yerli bələdiyyə sədrinə taxıl əkilməsi üçün satılmışdır. Eləcə də həmin kəndin kənarında yerləşən digər 7 ha yabanı meşə zolağı da şumlanaraq taxıl əkilməsi üçün kənar fiziki şəxsə icarəyə verilmişdir. ETSN-nin rəsmi qurumunun araşdırmaları zamanı faktlar təsdiqini tapsa da nəyə görəsə 13 ha meşə və qoz bağının məhv edilməsinə və dövlətə vurulmuş zərərə görə Alim Əlizadə məsuliyyətə cəlb edilməmişdir. Məlumata görə regionun meşə fonduna qənim kəsilən A.Əlizadənin arxasında duran şəxslərdən biri ETSN-in nazir müavini Firdövsi Əliyevdir.
İnanırıq ki, tezliklə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən adı dəflərlə Qəbələ regionunda yerləşən meşələrin məhv edilməsində hallanan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin müdiri Alim Əlizadənin törətdiyi maliyyə maxinasiyaları və korrupsiya əməlləri barədə qanunmüvafiq tədbir görəcəkdir.
Qeyd edək ki,eyni problemlər hazırda Qax rayon meşələrində də yaşanmqdadır Belə ki, Qax rayonu Çüdüllü kəndinin meşələri kütləvi şəkildə qırılmaqadır. Kənd sakinlərinin qax.org.az saytına verdiyi məlumata görə, artıq 1 həftədir ki, kəndin meşəlik sahələrindəki çoxillik ağaclar kütləvi şəkildə qırılır və naməlum istiqamətə daşınır.Yerli icra hakimiyyətinin və icra nümayəndəliyinin göz yumduğu bu meşə soyqırımında deputat Azər Kərimlinin adamlarının yaxından iştirak etdikləri bildirilir.Çıxılmaz vəziyyətdə qalan kənd sakinləri meşənin girişinə beton baryerlər qoyublar ki, meşə cəlladları əraziyə daxil ola bilməsinlər.Buradan da görsənən odur ki,yerli sakinlər müşələri daha yaxşı mühafizə edir,nəinki ETSN-nin əməkdaşları.
Aktualinfo.org xatırladır ki,buna qədər də dövrü mətbuatda deputat Azər Kərimlinin meşələrin qanunsuz qırılmasına başçılıq etdiyi barədə kifayət qədər geniş məlumatlar yayılıb. KİV-də yetərincə faktlar işıqlandırılsa da, qarşı tərəf və

ETSN rəsmiləri ancaq susmağa üstünlük verdi.
Aktualinfo.org