ABŞ niyə Şimal Axını-2 kəmərinə qarşı çıxır?
ABŞ rəsmiləri sanksiyaları nəzərə alaraq, Şimal Axını-2 qaz kəmərinin inşasının tamamlanmasına yönəlik fəaliyyətləri izləyəcək.
Bu barədə “Şpiqel” nəşrinə adı açıqlanmayan ABŞ Dövlət Departamentinin nümayəndələrindən biri deyib.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Almaniya və AB mütəxəssislərin iştirakı ilə ABŞ-la bu layihəni müzakirə edib:
“Bayden bu kəmərin pis bir anlaşma olduğunu açıq şəkildə bildirib. Şimal Axını-2 Avropanı bölür – Ukrayna və Mərkəzi Avropanı enerji təhlükəsizliyi sahəsində manipulyasiyaya məruz qoyur və göstərilən hədəflərə ziddir. Boru kəmərinin inşası və ya sertifikatlaşdırılmasını başa çatdırmaq üçün yürüdülən fəaliyyətləri izləyəcəyik və bu istiqamətdə addımlar atılarsa, sanksiyaların tətbiqinə qərar verəcəyik. Sanksiyalar çox vacib vasitələrdən biridir”.