“Yüz ildir ki, ermənilər heç vaxt bu qədər məyus olmayıblar” – Artak Zakaryan

 

“İki mühüm hadisə –  Qarabağdakı müharibə və Nikol Paşinyana olan ümidlərin boşa çıxması ermənilərin böyük məyusluğuna səbəb oldu”.

Bu fikirləri Ermənistanın sabiq müdafiə nazirinin müavini, keçmiş millət vəkili  Artak Zakaryan özünün Facebook hesabında yazıb:

“Yüz ildir ki, ermənilər heç vaxt bu qədər məyus olmayıblar” – Artak Zakaryandan ŞOK AÇIQLAMA

“Ermənilər heç vaxt bu qədər qırılmayıb və məyus olmayıblar. İnsanlarla söhbətləşirsən və anlayırsan ki, onları dəstəkləmək, həyatın davam etdiyinə inandırmaq və ümidsizliyə qapanmamağa məcbur etmək lazımdır. Son yüz ildə ermənilər belə güclü psixoloji zərbə görməmişdilər. Bu, bir il ərzində baş verdi. Ermənilər sadəcə özlərinin sabahlarını görə bilmirlər”.

“Müharibənin ağrılı nəticələri, günahkarların hələ də gizlədilməsi və cəzalandırılmaması, məğlubiyyətin ermənilərin qalib xalq ruhunu sındırması, Ermənistanın təhlükəsizliyinin sual altında olması, Qarabağın əlçatmazlığı və ölkədə mümkün inkişaf perspektivlərinin alt-üst edilməsi insanların ümidsizliyinin səbəbləri sırasındadır – deyə Artak Zakaryan əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password