ABŞ-ın “S-400” məsələsində Türkiyəyə qarşı mövqeyi dəyişməyib

 

ABŞ-ın yeni administrasiyası, Ankaranın bu sahədəki təşəbbüslərinə baxmayaraq, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri əldə etməsi ilə bağlı öz mövqeyini qoruyub.

TASS xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

“Bizim “S-400” məsələsi ilə bağlı siyasətimiz dəyişməyib”, – ABŞ xarici siyasət idarəsinin rəsmisi belə deyib.

“Rusiyanın “S-400” sistemləri NATO hərbi avadanlığı ilə uyğun gəlmir, NATO texnologiyalarının təhlükəsizliyini təhdid edir və Türkiyənin NATO üzvü kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir”, – deyə Prays əlavə edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password