Xülyalar bitdi, “dqr” yoxdur, adını belə çəkməyin – Arşakyan

 

Artıq nə Ermənistan hökuməti, nə də Ermənistan ordusu Qarabağda nəyəsə təsir edə biləcək. Ermənistandan olan müddətli hərbi qulluqçuların Qarabağa göndərilməməsi barədə xəbərlər buna əyani sübutdur.

Bu sözləri erməni siyasi şərhçi Tevos Arşakyan deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyəti döyüş meydanında total məğlubiyyətdən sonra hələ də “arsax”la bağlı xülyalar qururdu:

“Bəzi ermənilər hesab edirdilər ki, guya onlar “artsax”ın tamamilə yox olmasına imkan vermədilər: “Bax, budur o”, “Baxın, orada tədbirlər keçirilir”, “Məsələn, dünən orada Nikol Paşinyan və Araik Arutyunyanın iştirakı ilə müşavirə keçirildi. Görürsünüzmü?”

Əslində bu, heç nədir! “Artsax”dan yalnız Araik və onun dostlarının yığışdığı kiçik bir ofis qalıb. Burada sərt reallığı yumşaltmağa çalışmaq lazım deyil, çünki bundan heç nə dəyişməyəcək.

Qısası, Ermənistan artıq “dqr”in təhlükəsizliyinin qarantı deyil, sonuncusu isə artıq Ermənistanın bir hissəsi deyil. Üstəlik, “dqr”in özü də yoxdur. Müəyyən mənbələrin məlumatına əsasən deyə bilərəm ki, yaxın vaxtlarda “dqr” adını belə çəkməyə icazə verilməyəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password