Rusiya ilə buna görə razılaşdıq – Türkiyə rəsmisi

Ankara S-400 hava hücumundan müdafiə sistemlərindən imtina ilə bağlı Vaşintqonun tələblərinə əməl etmək niyyətində deyil.

Bunu Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Safi deyib.

“Hələlik S-400-lərlə bağlı ABŞ-la razılaşmamız yoxdur. Onlar ilkin şərt olaraq bizim komplekslərdən imtina etməyimizi istəyirlər. Amma Türkiyə bu şərtləri qəbul etmək niyyətində deyil”, – Safi bildirib.

Onun sözlərinə görə, Türkiyənin hədəfi öz hava hücumundan müdafiə sistemlərini yaratmaqdır:

“Bizim üçün bu, milli təhlükəsizlik məsələsidir. Əlbəttə, NATO üzvü olduğumuz üçün müttəfiqlərimizdən ehtiyacımız olanları alacağımızı gözləmək təbiidir. Amma onlar səmimiyyət testindən keçmədilər, ona görə də biz Rusiya ilə razılaşdıq. Biz S-400-lərin yeni partiyasının çatdırılması barədə Rusiya ilə danışıqları davam etdiririk”.

Qeyd edək ki,”Blumberq” agentliyi Türkiyənin S-400 havadan müdafiə sistemləri ilə bağlı ABŞ-a güzəştə getməyə hazır olduğunu, amma bunun qarşılığında Qərbin YPG/PKK-ya dəstəyə son verməli olduğunu yazmışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password