“Qarabağa əsgər və zabit heyəti gələ bilməz” – Ermənilərin dövlət sirri
Ermənistan Müdafiə Nazirliyi çağırışçıların artıq Qarabağa xidmətə göndərilməyəcəyi barədə məlumatı şərh etmir.
Erməni mediasının yaydığı məlumata görə bu barədə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorq Altunyan jurnalistlərin bununla bağlı suallarını şərh edərkən deyib.
“Silahlı Qüvvələrin doldurulması ilə əlaqəli yer, miqdar, infrastruktur və sairdən başlayaraq bütün məlumatlar dövlətin rəsmi sirr sayılır”, – deyə Altunyan bildirib.
Xatırladaq ki, artıq sosial şəbəkələrin erməni seqmentində Ermənistandan əsgər və zabit heyətinin Qarabağa göndərilməsinin qeyri-rəsmi qadağan olunması barədə müzakirələr səngimək bilmir. “Artıq Qarabağda heç bir erməni silahlı birləşməsi ola bilməz”, – deyən istifadəçilər bu bölgənin Ermənistan üçün itirildiyini təəssüf hissi ilə qeyd edirlər./konkret.az/