Bayden Trampla Putinin telefon danışıqlarının səs yazısını əldə etdi
ABŞ Prezidenti Co Bayden sabiq prezident Donald Tramp və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında baş tutmuş telefon danışıqlarının səs yazısına giriş əldə edib.
D. Tramp və V. Putin arasında bir neçə telefon danışığı baş tutub, lakin bu danışıqların məzmunu açıqlanmayıb.
Tramp administrasiyasının sabiq əməkdaşı bildirib ki, C. Bayden administrasiyası bütün zəngin materiallara sahibdir.
D. Tramp hakimiyyətdə olduğu müddətdə xarici liderlərlə şəxsi söhbətlərini diqqətlə qoruyub, bəzən sızmaların qarşısını almaq üçün işçilərinə və kabinet üzvlərinə bu danışıqlara girişi məhdudlaşdırıb. Söhbətlər qeydə alınmasa da, köməkçilər ümumiyyətlə danışıqları eşidib və danışılanları qeydə alıblar.
“Dörd illik rəhbərliyi dövründə Trampın Putinə dediklərini öyrənmək milli təhlükəsizlik prioritetidir. Heç bir amerikalı tərcüməçi və ya qeyd götürən şəxsin iştirak etmədiyi bəzi üz-üzə görüşlərdə baş verənlər heç vaxt tam bilinə bilməz. Ancaq telefon danışıqlarını yeni milli təhlükəsizlik komandası əldə etməyə çalışmasaydı mən buna çox təəccüblənərdim”, – deyə Tramp administrasiyasının sabiq əməkdaşı vurğulayıb. (APA)