Paytaxtda polisin əmrinə tabe olmayan sürücü insident yaradıb. Hadisə ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
Polisin “Saxla” əmrinə tabe olmayan “VAZ 21014” markalı avtomobilin sürücüsü hərəkəti davam etdirib. Polis əməkdaşları avtomobilin təkərinə atəş açaraq onu saxlmağa çalışıblar. Amma buna məhəl qoymayan avtomobilin sürücüsü nəqliyyat vasitəsini ətrafda olan insanların üzərinə sürərək qaçmağa çalışsa da çox uzaqlaşa bilməyib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat veriləcək.