Azərbaycan hədəfə doğru daha bir addım atdı

 

Xarici ölkələrdən enerji asılılığı olan ölkələr üçün Azərbaycanın yaratdığı imkanlar mükəmməldir. Sərfəli qiymətlərlə keyfiyyətli mavi qazla təmin olunan Avropa ölkələri həm təbii yanacaqdan asılılığını azalda, həm də daha etibarlı bir ölkə ilə bu sahədə əməkdaşlıq edə bilər. Azərbaycan bu sahədə bir çox Avropa ölkəsi üçün ideal tərəfdaşdır.

Bu sözləri iqtisadçı-alim Vüqar Bayramov Azərbaycan qazının Fransa və İsveçrəyə ixrac edilməsini şərh edərkən deyib.

O bildirib ki, Azərbaycan mavi qazının İtaliyadan sonra digər Qərbi Avropa ölkələrinə ixrac edilməsi qitənin enerji təhlükəsizliyi baxımından vacibdir:

“Bu ondan xəbər verir ki, Azərbaycan Avropanın enerji təminatına töhfə vermək potensialındadır. Təbii ki, Avropaya nəql ediləcək qazın miqdarı artdıqca Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi də güclənəcək.

İlk dəfə yanvarın 23-ü və 24-də Fransaya 24 milyon kubmetr, ikinci halda isə yanvarın 30 və 31-də 12 milyon kubmetr təbii qaz nəql edilib. Bu dövrdə İsveçrəyə 4 milyon kubmetrə qədər təbii qaz çatdırılıb.

Fransa və İsveçrəyə ixrac edilən təbii qaz Transadriatik Qaz Boru Kəməri (TAP) ilə İtaliyaya tədarük edilən qaz həcmləridir. Azərbaycanın indiki halda hədəfi TANAP və TAP vasitəsilə Qərbi Avropa və Bolqarıstanın daxili boru kəmərləri ilə Şərqi Avropa ölkələrinə 10 mlrd. kubmetr, ikinci mərhələdə isə 20 mlrd. kubmetr qaz nəql etməkdir. Sonrakı mərhələdə 31 mlrd. kubmetr qaz Avropaya nəql ediləcək. Bu, xüsusən də mavi qaz asılılığını aradan qaldırmaq istəyən ölkələr üçün çox önəmlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password