“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər…”

 

“Fransız jurnalistlərindən ibarət nümayəndə heyəti ilə bağlı məsələdən sonra Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri Rustam Muradov Ermənistan Müdafiə naziri Vaqarşak Arutyunyana bir məktub yollayıb”.  

Картинки по запросу "rustam muradov"

Bu haqda  Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan  “Teleqram-kanal”ında yazıb.

Məktubun məzmunu ondan ibarətdir ki, yalnız Ermənistan və Rusiya vətəndaşları Laçın dəhlizindən keçərək Ermənistandan Qarabağa gedə bilərlər. Qarabağı ziyarət etmək üçün digər ölkələrin vətəndaşlarının Azərbaycandan icazə alması lazımdır.

“Ermənistanın “günah keçisi” statusunu təsdiqlədiyi və bu vəziyyətdən çıxış yolu barədə düşünmədiyi açıqdır. Ermənistan Xarici İşlər Nazirliyinin bu mövzuda susması bunun əyani təsdiqidir”- deyə Minasyan əlavə edib.

Xatırladaq ki, M.Minasyanın dünən –fevralın 6-da yaydığı məlumata görə, bu günlərdə Rusiya sülhməramlıları Ermənistandan  Azərbaycan ərazisinə keçməyə cəhd edən bir qrup fransız jurnalisti Laçın rayonu ilə sərhəd məntəqəsində saxlayaraq Xankəndinə getmələrinə icazə  verməyib.

P.S. Əslində Ermənistan və Rusiya vətəndaşlarının Azərbaycan dövlətinin icazəsi olmadan Qarabağ gəlməsi də ölkəmizin suverenliyinə təhdiddir…  /moderator.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password