Bill Qeyts bəşəriyyəti yeni qlobal təhlükə gözlədiyini bildirib
“Microsoft”un banisi, Amerika sahibkarı Bill Qeytsin bəşəriyyəti gözləyən yeni qlobal təhlükənin mövcudluğu barədə xəbər verib.
Bu barədə “Qovorit Moskva” bildirib.
Qeytsin sözlərinə görə, bəşəriyyət yeni təbii kataklizmlər gözləyir. “Koronavirus pandemiyası zamanı olduğu kimi, çoxsaylı insan qurbanları olacaq”, – iş adamı deyib.
O, iqlim dəyişikliyini və bioterrorizmi böyük təhlükə adlandırıb.
“Bütün bəşəriyyətə geniş ziyan vurmaq istəyən hər kəs yeni bir ölümcül virus yarada bilər”, – “Microsoft”un qurucusu bildirib.
Daha əvvəl Bill Qeyts COVID-19 pandemiyasında iştirakını təkzib edib. Sosial şəbəkələrdə və onlayn mediada onun pandemiyanın başlanğıcında iştirakı haqqında iddialar irəli sürülüb. Lakin Bill Qeyts bunları təkzib edib. Sahibkar bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır.