Sovet dövründə Nizami Gəncəvi ilə bağlı məqsədli şəkildə bir çox təhriflər edilib – Alim

 

Nizamı Gəncəvinin həyatı müəyyən qadağaların tətbiq olunduğu sovet dövründə araşdırılıb, onun əsərləri bu dövrdə Azərbaycan dilinə tərcümə olunmuşdur. Heç şübhəsiz ki, həm araşdırmalar, həm də tərcümə zamanı məqsədli şəkildə bir çox təhriflər gerçəkləşdirilmişdir.

Bunu AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Onun sözlərinə görə, bu səbəbdən Nizami Gəncəvinin əsərlərinin yenidən orijinaldan tərcüməsi zəruridir.

Bir çox tədqiqatçıların yanlışlıqla linqvistik yanaşaraq Nizami Gəncəvini fars şairi adlandırdıqlarını deyən B.Quliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli”nin elan edilməsini müdrik bir addım sayıb.

Tarixçi hesab edir ki, “Nizami ili” ilə bağlı bəzi addımların atılması olduqca önəmlidir:

“Bu addımları bir neçə istiqamət üzrə etmək olar. Birincisi, Nizami Gəncəvinin “Xəmsə”sinin AMEA Əlyazmalar İnstitutunda bir neçə unikal əlyazması saxlanılmaqdadır. Həmin əlyazmalardan ən keyfiyyətlisini və içərisində zəngin miniatür olanını seçərək foto-faksimilə formasında nəşr etdirmək olar. İkincisi, Nizami “Xəmsə”sinin bir neçə əlyazma nüsxəsini qarşılıqlı-müqayisəli tutuşduraraq vahid təshih olunmuş farsca mətn (əlyazmanı çapa çevirib boşluğu doldurmaq) əldə etmək olar. Üçüncüsü, həmin mətni qeyd və şərhlər əlavə edərək Azərbaycan dilinə yenidən tərcümə etmək olar. Bu işi Nizami qəzəlləri üzərində də etmək mümkündür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password