Rus sülhməramlıları fransalı nümayəndələri geri qaytarıb
“Bir neçə gün əvvəl Fransadan keçmiş bələdiyyə sədrlərindən birinin rəhbərliyi ilə bir qrup jurnalist, ictimai xadim və ictimaiyyət nümayəndələri Qarabağa getmək və orda baş verənləri öz gözləri ilə görmək məqsədi ilə Ermənistana gəldilər. Lakin onlar Azərbaycanda akkreditə olmadıqları üçün Xankəndiyə gedə bilmədilər. Laçında sülhməramlılar onları dayandıraraq geri qaytardılar”.
Bu barədə Ermənistanın Vatikandakı keçmiş səfir Mikael Minasyan Telegram kanalında danışıb.
“Jurnalistlər Ermənistanda akkreditasiya olunduqlarını dedikdə sülhməramlılar onlara xatırladıb ki, “Azərbaycana girdiyinizə görə və Ermənistanda alınan akkreditasiya burda etibarsızdır”. Əlacsız qalan Fransa nümayəndə heyəti İrəvana – Fransa səfirliyinə qayıdıblar. Fransanın səfiri Jonatan Lakot qeyri-rəsmi olaraq Nikolla (Ermənistanın Baş naziri Nikol Paşinyan – Red.) əlaqə qurub və nələrin baş verdiyini anlamağa çalışıb. Nikol isə ona cavab verirbki, “bəli, 11 yanvarda beynəlxalq medianın Azərbaycan akkreditasiyasını alması barədə razılığa gəldik”. Bunu eşidən Jonatan Lakotun susmaqdan başqa çarəsi qalmayıb.