Qarabağa qaytarılan ermənilərin sayı “qarışdı”: – Nə baş verir?

 

Ənənəvi olaraq, bu gün də Rusiya Müdafiə Nazirliyi Qarabağa, Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərinə qaytarılan ermənilərlə bağlı günlük hesabat yayıb. Elə bu “günlük hesabat”la da “diqqətsizlik” edib.

Rusiya MN bu gün son sutka ərzində Qarabağa 96 erməninin qaytarıldığını, bununla da 14 noyabr 2020-ci ildən bəri daşınanların 51.947 nəfərə çatdığını elan edib.

Halbuki 3 fevralda Qarabağa daşınan ermənilərin ümumi sayının 52.096, 4 fevralda isə 52.158 olduğunu açıqlamışdı. Əgər bu gün daha 96 erməni gətirilibsə, rəqəm necə 51.947-yə düşüb?

Qeyd edək ki, bu barədə artıq Azərbaycan ictimaiyyətində etirazlar bildirilir. Belə ki, Qarabağa hansı ermənilərin, hansı prinsiplərlə qaytarıldığı barədə heç bir bilgi yoxdur. Hər gün daşınan bu ermənilərin əslində bundan öncə Qarabağda yaşayıb-yaşamadığı və yaxud fərqli yerdə yaşayan, tutaq ki, Laçın və Kəlbəcərdə son 27 ildə məskunlaşdırılan və hazırda getməyə məcbur olan ermənilər olub-olmadığı bəlli deyil. Prosesə nəzarəti həyata keçirən orqanda Azərbaycan təmsil olunurmu və Laçın dəhlizindən keçən bu şəxslərin sənədləri dəqiqliklə yoxlanılırmı?

Zəruri olaraq xatırladaq ki, Ermənistan və erməni diasporu Qarabağa mümkün qədər çox erməni köçürmək üçün bütün vasitələrdən istifadə edir. Hətta Ermənistan Qarabağa qayıdan erməniyə Ermənistanda qalan “qaçqın”dan iki dəfə artıq aylıq təqaüd ödəyəcəyini elan edib.

Qaytarılan ermənilərin yerləşməsini, onların evlə və ərzaqla, o cümlədən təhsil, tibbi təminatını pulsuz olaraq Rusiya sülhməramlıları qarşılayır. Rusiya hazırda hər qaçqına həftədə 5 kq ərzaq hədiyyə edir.

Ermənilərin köçürülməsində “pripiska” da istisna deyil.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password