Liviyalı diplomat Zəngilanda dağıdılmış məsciddə namaz qıldı

 

Liviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əşrəf Adəm Zəngilanda ermənilər tərəfindən dağıdılmış şəhər məsciddə namaz qılıb.

Diplomat erməni vandallığına məruz qalmış məsciddə ibadət edib.

“Həmd olsun ki, biz bura gəldik, məscid öz sahiblərinə qayıtdı və biz burada namaz qıla bildik”, – deyə müvəqqəti işlər vəkili namazdan sonra deyib.

Qeyd edək ki, Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Prezident İlham Əliyevin təlimatına əsasən, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Ermənistanın işğalından azad olunmuş ərazilərə səfərləri təşkil edilir. Məqsəd həmin ərazilərdə erməni vandallığını xarici diplomatlara əyani şəkildə göstərməkdir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password