Diplomatik korpus nümayəndələri Cəbrayıl şəhərində dağıntılarla tanış olublar (FOTO)

 

Bu gün Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayılın Cocuq Mərcanlı kəndindən Cəbrayıl şəhərinə yola düşüblər.

Diplomatlar hazırda Cəbrayıl şəhərindədirlər.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlara şəhərlə bağlı geniş məlumat verib.

Diplomatlar Cəbrayıldakı qəbiristanlıq, mədəniyyət evi və oradakı bütün dağıntı ilə tanış olurlar. Onlar daha sonra Xudafərin körpüsü istiqamətinə yola düşəcəklər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password