Bu ərazilərdə böyük quruculuq başlayır – Hacıyev
2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlarla birlikdə Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Cocuq Mərcanl fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, o zaman Lələtəpə yüksəkliyinin Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğu üçün bu ərazidə tikinti-quruculuq işləri aparmaq mümkün deyildi:
“Biz hətta 2017-ci ilin fevralında diplomatik korpus nümayəndələri ilə bu kəndə səfər etmişdik. Tamamilə dağıntı şəraitində idi. O zamankı dağıntı formasını biz Azəbaycanın digər işğaldan azad edilmiş ərazilərində görürük və bu gün də Cəbrayıla və Zəngilana səfərimiz zamanı bu kimi dağıntıları yenə görəcəyik. Amma gördüyünüz kimi çox qısa bir müddətdə, bir ilə yaxın bir müddətdə, yəni 2017-2018-ci illərdə Cocuq Mərcanlı kəndi yenidən quruldu. Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin bir rəmzinə çavrildi”.
H.Hacıyev söyləyib ki, eyni zamanda Cocuq Mərcanlıda simvolik bir məna daşıyan Şuşa məscidinin protatipi də tikilib:
“Bu da yenə də bizim qayıdış əzmimizi nümayiş etdirirdi. Gördüyünüaz kimi bu kənd yenidən quruldu və işğaldan azad olunmuş digər ərazilərimizdə də cənab Prezident tərəfindən qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı, məqsədyönlü şəkildə böyük quruculuq tikinti işləri aparılacaq ki, bizim insanlarımz 30 ildən artıq həsrətində olduqları doğma torpaqlarına qayıda bilsinlər. Cocuq Mərcanlə kəndinə təkcə qayıdış təmin olunmadı, eyni zamanda burada yerli əhalinin kənd təsərrüfatı ilə, işgüzarlıqla, işlə məşğul olması üçün şərait yaradıldı.