Qarabağda “ikiqat zərbə”ni görəcəyik – Korotçenko

Rusiyanın tanınmış hərbi ekspert İqor Korotçenkonun müsahibəsini təqdim edirik:

– Azərbaycanın Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara kəndi yaxınlığında yerləşən erməni silahlı qüvvələrinin quldur dəstələri atəşkəs rejimini pozdu. Ermənistan bu cür təxribatlarla nəyə nail olmağa çalışır?

– Təxribatlar törətməyə davam edən bu qüvvələrin məqsədi mövcud status-kvonu dəyişmək, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmasını pozmaqdır. Təxribatların əsası bundan ibarətdir.

– Bütün bu təxribatların bilavasitə Azərbaycan ərazisində baş verdiyini nəzərə alsaq, rəsmi Bakı buna necə reaksiya verə bilər?

– Azərbaycan hələ ki, təmkin nümayiş etdirir və bütün razılaşmalara əməl edir. Bakı üzərinə götürdüyü öhdəliklərə sadiqliyini göstərir. Eyni zamanda, belə insidentlər təkrar olunarsa, Bakı qətiyyətlə cavab verəcək. Bu terrorçu qruplar Azərbaycanın Qarabağ bölgəsində yeni təxribatlar törədərsə, Rusiya ilə Azərbaycanın birgə sərt reaksiyasını, bu silahlı birləşmələrə “ikiqat zərbə”nin vurulmasını görə bilərik.

– Qarabağdakı Monitorinq Mərkəzinin yaradılmasını necə qiymətləndirirsiniz? Mərkəz regiona nə verəcək?

– Rusiya ilə Türkiyə zabitlərinin çalışdığı Birgə Monitorinq Mərkəzi real nəzarət elementidir. Bu yaxınlarda açılan mərkəzin fəaliyyəti erməni tərəfinə daha miqyaslı təxribatlar həyata keçirməyə imkan verməyəcək. Çünki bu mərkəzin ən mühüm funksiyalarından biri Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə nəzarət etməkdir. Bu, Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə əməl etməyinə nəzarəti həyata keçirmək üçün vacib elementdir.

– Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sərkisyan ölkənin müxalifət qüvvələrinin liderləri ilə görüşlər keçiriblər. Onların hədəfi nədir?

– Burada hər şey aydındır – Qarabağ klanı hakimiyyətə qayıtmaq niyyətindədir və hazırda qüvvələrini birləşdirməyə başlayıb. Fikrimcə, Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsi və Paşinyanın güc yolu ilə devrilməsi mümkün deyil. Qarabağ klanı buna gedərsə, uğursuzluqla qarşılaşacaq. Daha legitim üsullar var. Onlardan biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Amma erməni müxalifət qüvvələri buna da getməyə cəsarət etməyəcək və anlayacaqlar ki, şansları olmayacaq. Hazırda müxalifətin hakimiyyətə necə gələ biləcəyi ilə bağlı müzakirələr gedir. Bundan başqa, Köçəryan Rusiyaya səfər etmək niyyətindədir. Belə çıxır ki, o, Moskvada dəstək axtaracaq./axar.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password