Xocalı qatilləri Köçəryan və Sərkisyan erməni müxalifətini başına topladı…
Qəsbkar və məğlub Ermənistanın terrorçu eks-prezidentləri Robert Köçəryan və Serjik Sərkisyan dünən gecə müxalifət qüvvələrinin liderləri ilə görüş keçirib.
Bu haqda “Armenian Report” məlumat yayıb.
“Vətənin xilası Hərəkatı”nda təmsil olunan partiya rəhbərləri ilə görüş müxalifətdən baş nazir postuna vahid namizəd Vazgen Manukyanın ofisində keçirilib. Tədbirə Manukyanla yanaşı, “Vətən” Partiyasının sədri Artur Vanetsyan, “Çiçəklənən Ermənistan”ın lideri Qagik Sarukyan və terrorçu “Daşnaksutyun” partiyasının ali orqanının nümayəndəsi İşxan Sağatelyan da qatılıblar.
Xatırladaq ki, eyni tərkibdə görüşün ötən ilin dekabrında olması haqda məlumatlar var.
Lakin V.Manukyan “Sputnik Armeniya”ya bu məlumatı nə təsdiq, nə də təkzib edib. O, bu cür görüşlərin vaxtaşırı keçirildiyini və indi heç bir detalı təqdim etmək istəmədiyini söyləyib.
Xatırladaq ki, Azərbaycanın şanlı ordusunun 44 günlük müzəffər yürüşünün nəticəsində 10 Noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları başlayıb. Bir sıra müxalifət qüvvələri “Vətənin xilası uğrunda hərəkat”ın lideri Vazgen Manukyanın baş nazirliyə namizədliyini irəli sürüb. Müxalifət hökumətin istefaya göndərilməsini, müvəqqəti hökumət formalaşdırılması və sonda növbədənkənar seçkilər keçirilməsini təklif edir. Paşinyan iqtidarı isə növbədənkənar parlament seçkisini Nazirlər Kabinetinin istefasını gözləmədən təşkil etmək təklifi ilə çıxış edir./moderator.az/
P.S. Putin əlləri Azərbaycan xalqının qanına batanların hakimiyyətə qayıdışına dəstək versə, əsl niyyəti bəlli olacaq…