“Azərbaycanda illərdir sürən həsrətimizə son qoyduq” – Süleyman Soylu

 

Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Haber Global”ın canlı efirində çıxış edib.

Nazir ölkə daxilindəki mühüm məsələlərlə bağlı maraqlı açıqlamalar verib.

S.Soylu bildirib ki, ABŞ, Niderland kimi Qərb dövlətləri əxlaqsızlığı dəstəkləməklə Türkiyə cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərini sarsıtmağa çalışır.

“PKK kimi terror təşkilatları və LGBT cərəyanı eyni məqsədə xidmət edir. Türkiyədə heç zaman cinsi azlıqların hərəkatı olmayıb. İstisna hallar olub. Amma hərəkat olmayıb. İndi ABŞ, Niderland kimi dövlətlər əxlaqsızlığı dəstəkləməklə cəmiyyətimizi parçalamağa, islami dəyərləri zəiflətməyə, ailə institutunu məhv etməyə çalışırlar. Bizim də bir fərd və bir nazir olaraq borcumuz bunları qorumaqdır”- deyə Türkiyə DİN rəhbəri bəyan edib.

Nazir bütün bunları həm daxili, həm də xarici siyasətdə Türkiyənin əldə etdiyi uğurlarla əlaqələndirib.

“Suriyada əldə etdiyimiz uğurlar göz önündədir. Biz bu gün İraqdayıq. Azərbaycanda illərdir sürən həsrətimizə son qoyduq. Bəziləri bu nailiyyətlərimizi həzm edə bilmirlər”, – deyə S.Soylu bildirib.

S.Soylu həmçinin karantin tədbirlərinin nə zaman yumşaldılacağını, kafe və restoranların, ictimai iaşə obyektlərinin nə vaxt açılacağı məsələsinə də aydınlıq gətirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password