Bakıda xəstəxanaya uşaq çarpayılarının yerləşdirilməsi xəbəri ilə bağlı açıqlama

 

Sosial şəbəkələrdə koronavirusun yeni ştammının yayıldığı və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Bakı şəhərinin Zığ qəsəbəsində yerləşən koronaviruslu (COVID-19) xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalında koronavirus infeksiyasına yoluxmuş uşaqlar üçün xüsusi çarpayıların yerləşdirilməsi barədə məlumatlar yayılıb.

Aktualinfo.org xəbər verir ki, FHN yayılan məlumatları təkzib edib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi olaraq bu məlumatları qəti şəkildə təkzib edir: “Kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırır, ictimaiyyətdən isə yalnız rəsmi məlumatlara etibar etməyi xahiş edirik”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password