Zərif İran-Naxçıvan-Ermənistan dəmir yolu əlaqəsinin bərpasını müzakirə edib?
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvana şənbə səfəri zamanı Mehri dəhlizi ilə Azərbaycandan Ermənistana dəmir yolu xəttinin bərpasını gözləmədən İran-Naxçıvan-Ermənistan dəmir yolu əlaqəsinin açılması məsələsinin müzakirə olunduğu istisna edilmir.
İran mətbuatının verdiyi məlumata görə, Zərifin beş günlük Bakı-Moskva-İrəvan-Tbilisi-İstanbul turunu tamamladıqdan sonra gəldiyi Naxçıvanda, o, Qarabağdakı münaqişə zonasında son müharibədən sonra bölgədəki nəqliyyat əlaqələrinin açılması məsələsini Naxçıvan rəhbərləri ilə müzakirə edib.
Ancaq müzakirələrin mahiyyəti barədə heç bir məlumat verilmir.
Lakin Zərifin Naxçıvana qəfil səfəri onu deyə bilər ki, onun beş günlük səfəri zamanı regiondakı bütün ölkələr Mehri hissəsinin bərpasını gözləmədən Naxçıvan üzərindən dəmir yolunun açılmasına razıdır.
Yanvarın 27-də Yerevanda Azadlıq Radiosuna verdiyi müsahibədə Zərif bildirib ki, rəsmi Tehran Ermənistan və İran dəmir yollarının Naxçıvan ərazisindən birləşməsinin real perspektivini görür.
“Əlbətdə ki, bu, İran, Ermənistan və bütün regionun ehtiyaclarından irəli gəlir. Biz Ermənistan, Azərbaycan və Rusiya ilə işləyirik. Naxçıvan ərazisindən keçən dəmir yolu imkanlardan biridir, köhnə dəmir yolu şimalla cənubu birləşdirir”, – deyə Zərif bildirib.
İranın Mehr informasiya agentliyinin məlumatına görə, İran xarici işlər nazirinin qəbulu zamanı NAR Ali Sovetinin sədri Vaif Talibov vurğulayıb ki, Naxçıvan yüklərin tranziti və regionda əməkdaşlığın yaxşılaşdırılması üçün dəmir yolu, Avtomobil Nəqliyyatı və gömrük sahəsində əməkdaşlığa hazırdır.
Qeyd etmək lazımdır ki, 42 kilometrlik Mehri dəmir yolu dəhlizi bərpa işlərindən bir-iki ildən sonra işini bərpa edə bilər.
Bununla o, Azərbaycan, Ermənistan, İran dəmir yollarını birləşdirəcək. Ermənistanla həmsərhəd olan Azərbaycan ərazisində bərpa işlərinə artıq başlanılıb.
Mehri ərazisindən dəmir yolu əlaqəsinin bərpasına qədər burada Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirmək üçün avtonəqliyyat əlaqəsi bərpa edilə bilər./turan