Satınalmalarda iştirak etmək istəyən şirkətlərə fürsət

Yeni yaradılmış “Biznesin İnkişafı və Satınalma üzrə Konsaltinq” öz xidmətlərini 2021-ci ildən başlayaraq təqdim etməyə başlayır.
Azərbaycan Respublikasının ərazisində elan edilən satınalma müsabiqələrində iştirak etmək istəyən iddiaçılara məsələhət xidmətlərini təklif edir. Xidmətlərin əsas portfeli tələb olunan sənədlərin düzgün tərtib edilməsi və ən əsası müsabiqələrin elan edildiyi və satınalınması nəzərdə tutulan mal, iş və xidmətlərə dair bazar araşdırması aparılması və optimal təkliflərin hazırlanması olacaq. “Biznesin İnkişafı və Satınalma üzrə Konsaltinq” eyni zamanda sifarişçi dövlət müəsissələrinə və idarələrinə satınalma, bazar araşdırmaları, idarə etmə və iqtisadiyyatın ayrı-ayrı sektorları üzrə məsləhət xidmətlərini təklif edəcək.
“Biznesin İnkişafı və Satınalma üzrə Konsaltinq” yaradılacaq platformalar üzərindən özəl sektora aid böyük şirkətlər mal, iş və xidmətlərin satınalmasına dair “tender” müsabiqələrini elan edə biləcəklər. Bu platforma üzərindən sahibkarlar daha rahat məhsullarını təqdim edəcəklər və müsabiqəni elan edən tərəf də daha optimal təklifi seçə biləcək.
Yeni yaradılan xidmət müxtəlif paket formalarında təklif ediləcək. Sahibkarlar bu xidmətlərdən yararlanmaq üçün öncədən onlara dair qiymətləndirmə aparılacaq. Müraciət edənlərin qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq öhdəlikləri, təcrübələri və perspektivləri araşdırıldıqdan sonra aidiyyatı olaraq müxtəlif məsləhət xidmətləri təklif olunacaq.
Qeyd edək ki, tenderlərdə iştirak etmək istəyənlər www.bisk.az saytında müntəzəm məlumat ala biləcəklər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password